Xəbər lenti

 

ABŞ “baharı” – 100 minlərlə etirazçı ayağa qalxacaq

Bu gün ABŞ-ın 50 ştatında yüzminlərlə etirazçının iştirakı ilə prezident Donald Trampa qarşı mitinqlər keçiriləcək.

Ovqat.com xəbər verir ki, “Ailələr bir-birinə aiddir" şüarı ilə keçiriləcəyi gözlənilən aksiyalarda prezidentin qaçqın uşaqlarını ailələrindən ayırma siyasətinə etiraz ediləcək.

Los Angeles və Nyu-york kimi qaçqınların çox olduğu şəhərlərdən tutmuş Appalaçiya və Vayominq kimi mühafizəkar şəhərlərə qədər 600-dən artıq məkanda toplanacaq etirazçılara başqa ölkələrdən də dəstək veriləcək. Xüsusilə Avropa ölkələrinin bir sıra paytaxtlarında  eyni tələblərlə etiraz aksiyalarının təşkil olunacağı bildirilir.

 Miqrantlara qarşı sərt siyasət izləyən Trump rəhbərliyi ötən aylarda qaçaq yollarla ölkəyə daxil olan uşaqların öz ailələrindən ayırmaq siyasətinə start verilib.

Kəskin reaksiyalar nəticəsində prezident həmin qərarın həyata keçirilməsinə xitam versə də, təxminən 2 min uşağın ailələrindən ayrı yataqxanalarda tutulduğu bildirilir. Belə görünür ki, bu fakt etirazların səngiməsinə imkan verməyib.

Trampın qaçqın ailələrinin ayrılmasına yol açan siyasətinə dünən də etiraz aksiyaları keçirilib. Paytaxt Vaşinqtonda cümə günü Senat Binasının qarşısında keçirilən oturma aksiyasında aralarında məşhur aktrisa Susan Sarandonun da olduğu təxminən 600 nəfər saxlanılmışdı. Saxlanılanlar arasında millət vəkilləri də var: Nümayəndələr Palatasının Demokrat üzvü Pramila Jayapal kimi.

Polis rəsmiləri oturma aksiyası keçirən 575 nəfərin icazəsiz mitinq keçirdikləri iddasıya həbsə atıldığını, hadisə yerlərində lazımi işlərin görüldükdən sonra onların azad ediləcəyini açıqlamışdı.




Ana səhifəyə qayıt        Baxış: 453          Tarix: 30-06-2018, 12:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma