Xəbər lenti

Aqneşka de Souza

The Washington Post (ABŞ), 01.09.2018

 

Dünyada buğda bazarında mürəkkəb durum yaranıb. Ən iri istehsalçılar – Rusiya, Avstraliya və Avropa Birliyi – isti və quraqlıqdan ziyan çəkib. Nəticədə son 6 ildə ilk dəfə kəsir meydana çıxıb. Rusiya və Ukrayna taxıl ixracatını azaltsa, bu, yetərincə buğda yetişdirməyən ölkələr üçün daha böyük hesablara dönüşə bilər.

Dünyada rekord istiliyin nəticələrinə əmin olmaq üçün buğdayla bağlı durumu gözdən keçirməyinə dəyər. Onun əriştədən tutmuş piroqa və pivəyə qədər tam bir spektr ərzağın inqrediyenti olduğu nəzərə alınsa, güman etmirəm ki, bundan geniş həcmdə yetişdirilən taxıl bitkisi tapmaq mümkün olar.

Buğda bazarında hər il 170 milyon ton buğda satılır. Buna görə də hava bir yerdə məhsulu məhv edəndə ondan min kilometrlərlə aralıda başqa bir yerdə bazarı və iqtisadiyyatı şoka sala bilər.

Bu il dünyada məhsulla bağlı durum mürəkkəbdir, amma fəlakətli deyil. Ən iri istehsalçılar – Rusiya, Avstraliya və Avropa Birliyi – isti və quraqlıqdan ziyan çəkib. Nəticədə son 6 ildə ilk dəfə kəsir meydana çıxıb. Hava bəzi bölgələrdə, məsələn, Şimali Avropada məhsula güclü ziyan vuraraq fermerləri milyardlarala dollar zərərdə qoyub. Amma yenə də tədarüklə bağlı problem olmamalıdır. Ötən illərin ehtiyatları mənfi nəticələri yumşaltmağa yardım edəcək.

Amma Çikaqo birjasında buğda fyuçreslərinin qiyməti son üç ildə ən yüksək səviyyəyə sıçrayıb, çünki treyderlər tədarüklərin azalacağına ümid edirlər. Bu, yetərincə buğda yetişdirməyən ölkələr üçün daha böyük hesablara dönüşə bilər. İnflyasiya bəzi bölgələrdə isə güclü sürətlənə bilər.

Bu ilin pis məhsulu ticarət axınlarında da dəyişikliklər törədə bilər. Məsələn, ABŞ bol məhsul sayəsində bazarın böyük hissəsini ələ keçirməyi bacarar. Adətən, buğda ixracatçısı olan Almaniya bu il idxalçıya çevriləcək. Və bu, Berlin üçün son otuz ildə ilk dəfə baş verir. Xaricdən ərzaq tədarükündən asılı olan Afrika və Yaxın Şərq ölkələri hamıdan çox ziyan çəkəcək.

Yekunda ABŞ-da məhsul gözlənildiyindən daha yaxşı çıxıb. Buna görə də ixracatı çoxaldıb bazardakı boşluğu doldura bilər. Rusiyada 17 milyon tonluq çox böyük azalmaya baxmayaraq, indiki nəticə yenə də ən yüksəklərdən biridir. Ukrayna məhsulu bu il cəmi 1,5 milyon ton azalıb.

Amma müəyyən təhdid və təşvişlər var. Rusiyanın başqa ölkələrə tədarükü məhdudlaşdıra biləcəyi haqda spekulyasiyalar üzündən bazarlar sarsılıb. Ukrayna ixracatı azaldır və ərzağın daxili qiymətlərinin sabitliyini qorumağın gərəkdiyini vurğulayır. Məhsul gələn il də məyusluq doğursa, nəticələr daha ciddi olacaq.

Tərcümə Strateq.az-ındır.

 




Ana səhifəyə qayıt        Baxış: 703          Tarix: 3-09-2018, 18:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma