Xəbər lenti

7 Дней (ABŞ), 09.10.2018

 

Karyerası ərzində daha nələri etməmiş 76 yaşlı Beyli deyir: “Təlim keçə bilmədiyimiz heyvana hələ rast gəlməmişik”. O, delfinlərə sualtı qayıqları tapmağı öyrədib və hətta insana toyuqla “xaç və sıfır” (3×3 xanada xaç və sıfırdan istifadə ilə məntiqi oyun-red.) oynamaq imkanı verən aparat icad edib.

Parlaq qara lələklərin xışıltısı eşidilir və qarğa Şərqi Avropanın paytaxtında nə zamansa dəbdəbəli olmuş yaşayış evinin pəncərəsinin çıxıntısına qonur. Quş çıxıntıda bir neçə dəfə gəzişəcək, amma tezliklə uçacaq. Pəncərənin arxasındakı mənzildə heç kim masaya düzülmüş sənədlərdən gözünü çəkmir. Köhnə və baxımsız  binanın damındakı kirəmit parçasına bənzəyən, çıxıntıya qoyulmuş diş-diş boz şifer qırığında da qəribə heç nə görməyəcəklər. Amma mənzildə olanlar şiferin damdan düşmədiyini, MKİ-nin Virciniya ştatında Lenqlidəki mənzil-qərargahının texniki laboratoriyasından gətirildiyini biləndə heyrətlənəcəklər. Onun ortasındakı kiçik örtükdə gücü danışıqları tutmağa bəs edən elektron ötürücü gizlədilib. Onu çıxıntıya qoyan qarğa isə adi şəhər quşu deyil, ABŞ-da öyrədilmiş agent idi.

Bu arada 60-cı illərdə Arkanzas ştatında Hot-Sprinqs küçələrinə səpələnmiş I.Q. Zoo zooparkında, turistlərin görməyinə layiq yerlərdən birində iynə atmağa yer yox idi. Gəzməyə buraxılan uşaqlar heyranlıqdan ciyildəşərək toyuqların necə beysbol oynadığı, ara tutuquşularının velosiped sürdüyü, ördəklərin təbil çaldığı, donuzların isə pianino çaldığını seyr edirdilər. Siz həmin dövrdə eyni şeyi istənilən tematik parkda, ya da televiziya şousunda görərdiniz. Amma ehtimal var ki, heyvana insan kimi nəyisə etmək öyrədilibsə, o – ya da təlim üsulu –  Hot-Sprinqsdən qaynaqlanıb.

Belə fərqli yerlər: casus romanı atmosferi və Amerika şəhərində şən bayram. Amma müharibələr müxtəlif taleləri birləşdirir və toyuqları rəqsə, yaxud inəkləri binqo oyununa öyrədən adamlar soyuq savaş haqda az tanınmış olsa da, ən maraqlı əhvalatlardan birində dövlət müqaviləsi üzrə heyvanların kəşfiyyat sənətinə öyrədilməsində iştirak ediblər. Pristsilla donuzcığazını şöhrətləndirən üsullar qarğaların predmeti gizlincə qoymaq və çıxartmaq, düşmən pusqusu haqda xəbərdarlıq etməyə öyərdilən göyərçinlər, yaxud hətta adamların söhbətinə qulaq asmağa alışdırılan pişiklər kimi layihələrdə tətbiq edilib. Bu sxemin mərkəzində Skinner və Beyli durublar. Hərbi kəşfiyyatda heyvanlardan istifadə qədim Yunanıstana gedib çıxır, amma bu üçlüyün 60-larda gördüyü iş tamamilə yeni mürəkkəblik səviyyəsi daşıyıb.

***

Karyerası ərzində daha nələri etməmiş 76 yaşlı Beyli deyir: “Təlim keçə bilmədiyimiz heyvana hələ rast gəlməmişik”. O, delfinlərə sualtı qayıqları tapmağı öyrədib və hətta insana toyuqla “xaç və sıfır” (3×3 xanada xaç və sıırdan istifadə ilə məntiqi oyun-red.) oynamaq imkanı verən aparat icad edib. (Qurğulardan biri Amerika tarixinin Smitson Milli Muzeyində yerləşir).

Ona alliqator, köstəbək və xərçəngkimilər haqda sual verəndə cavab verir: “Süzan Harretin kim olduğunu bilirsiniz?” Sən demə, Harret çoxlu mükafata layiq görülmüş it təlimçisiymiş. Beyli bir neçə il qabaq onun tələbələrinə davranışın stmullarla tənzimlənməsi üzrə kurs keçib. Onun stimulu lazer buyruğudur. Bir dəfə vanna otağında hörümçək görüb. “Bu hörümçəyə baxdım və dedim: “Hmmm”. Lazer buyruğunu çıxardaraq işə salıb və ehmalca hörümçəyə üfürüb. “Hörümçəklərin küləkdən xoşu gəlmir – onların torunu cırır, – o deyir. – Onlar büzüşür və tez düşürlər”.

O, buyruğu söndürüb. Üfürüb. İşə salıb. Üfürüb. Beyli günboyu bunu bir neçə dəfə edib. “Ən nəhayətdə görə biləcəyim bütün iş buyruğu işə salmaq idi və hörümçək müdafiə olunmağa başlayırdı”. Beyli Harretin mühazirə dediyi sinifə qayıdıb və bildirib: “Vanna otağınızda öyrədilmiş hörümçək var”.

Bu, baza psixologiyadır. Şərti refleksdir. Lazer buyruğu – şərti qıcıqlandırıcı, nəfəs şərtsiz stimuldur. Hörümçək vaxt keçdikcə onları “şərti hay” doğurmaq üçün birincinin yetərli dərəcəyə qədər fikrən bir-birinə bağlayır.

Şərti refleks bizim tariximizdə müəyyən rol oynayır: təlimin əsas ruhlandırıcısı Harvard universitetinin psixoloqu, Freyddən sonra insan zəkasının ən məşhur bilicisi Skinner idi. Skinner ilkin reflektor haya az əsaslanana və daha çox heyvan (və adam) tapşırığı könüllü icraya necə vadar etməyə yönələn “operant şərtlənmə”ni (şərti reflekslərin yaradılmasının özəl yolu-red.) populyarlaşdırıb. “Fəaliyyət nəticə ilə müşayiət olunarkən, – Skinner yazıb, – bu nəticənin xarakteri orqanizmin bu hərəkəti gələcəkdə təkrar etməyinə mane olur”.

O öz laboratoriyasında heyvanları hərəkəti mükafatlandırma ilə assosiativləşdirməyə öyrədirdi. Müəyyən düymələri sıxmağa görə yem əldə edən göyərçinlərə üstünlük verirdi.

Skinner II dünya savaşı zamanı raketlərin “göyərçin” özütuşlama qurğusunu araşdırmaq tapşırığıyla Müdafiə Nazirliyindən maliyyələşmə alıb. (Quşları burun konusda yerləşdirmək təklif olunurdu, onlar dimdikləməklə sükan mühərrikləri fəallaşdırırdı). Bu layihə belə də gerçəkləşdirilməyib, amma onu iki aspirantının – Keller Breland və arvadı Marianın xəyalını əsir edib. Onlar 1947-də Skinnerin laboratoriyasını tərk edib və Minnesotada “Animal Behavior Enterprises”, yaxud ABE təsis edərək bizneslə məşğul olublar. Onların əsas müştəriləri “General Mills” idi – mahal yarmarkalarında reklam üçün toyuqlara və başqa heyvanlara təlim keçirdilər.

Onların biznesi tədricən genişlənərək zooparklara, tematik parklara və “The Tonight Show” və “Wild Kingdom”-da çıxışlara keçib. Onlar televiziya reklam çarxı, o cümlədən Coast Federal Savings Bank-in reklamının baş qəhrəmanı Buck Bunny üçün xeyli heyvana təlim keçiblər. Brelandlar 1955-də Arkanzasın Hot Sprinqs şəhərində yeni evlərində I.Q. Zoo açıblar – əslində, ziyarətçilər lap basketbol oynayan yenotlar formasında olsa da, Skinnerin prinsiplərini hərəkətdə müşahidə etmək üçün pul ödəyiblər.

I.Q. Zoo həm turistlərə layiq görməli yer, həm də sistemli operant şərtlənmə üçün poliqon idi. Brelandlar sadəcə Amerika heyvandarlığı sahəsində aparıcı təlimçi olmayıb, həm də öz müşahidələrini elmi dərgilərdə dərc etdiriblər. Buna görə də təəccüblü deyil ki, onları Bob Beyli başda olmaqla dəniz məməlilərinin müdafiə işlərinə hazırlanması üzrə Kaliforniya ştatındakı “Çayna-Leyk” silahları araşdırma mərkəzinə dəvət ediblər. Mohave səhrasının qərb qırağında yerləşən Çayna-Leykdə nə su, nə də dəniz məməlilərinin olduğu faktı bu əhvalatda ən qəribəsi deyildi.

***

“Qarğa” casusluq dilində öz qurbanlarını tovlamaq tapşırığı almış kişi cinsli agentdir. Amma əsil qarğalar da casus ola bilər. Beyli qərb qarğasını təsvir edəndə sanki Ceyson Borndan danışır. O deyir: “Qarğa təkbaşına işləyir və bunda çox yaxşıdır”. Qərb qarğaları təkrarlanan təsvirlərin tanınmasını yaxşı ayırd edir. O, izah edir: “Sizdə böyük və kiçik yazı masası varsa, ona həmişə kiçiyinə yaxınlaşmağı öyrədə bilərsiniz”. O habelə ağır yük daşımağa qabildir. “Onlar ağır zərfləri və hətta içi sənədli qovluğu daşıya bilir, – o deyir. –Qarğa adi quşların gücü çatmayan yükü dimdiyində apara bilir”. Onun sözlərinə görə, onlara  sənəd qutularını açmağı öyrətmək olar.

90-larda MKİ-nin Texniki xidmət idarəsinə başçılıq etmiş Robert Uolles deyir ki, kəşfiyyatda heyvanlardan istifadə lap çoxdan başlanıb: “Heyvanlar insanlar üçün əlçatmaz yerlərə gedə bilir. İşin başqa tərəfi bundan ibarətdir ki, heyvanlara təlim keçmək mümkün olsa da, onları daimöyrətmək gərəkdir”.

Hərbi institutlar hətta böcəklərdən istifadə etmək fikrində olub. “Buğumayaqlılardan ötürücü kimi istifadə edilməsi” – Merilənd ştatının Aberdine şəhərindəki məhdu silahlar hərbi laboratoriyasının 1972-ci il məruzəsi “insanları aşkarlamaq üçün həşəratların – taxtabiti, ditdili və gənələrin hissiyyat imkanlarının” tətbiqi imkanlarını araşdırmağın  nəticələrini ümumiləşdirir. Alimlər biti istisna ediblər (“ilkin testdə komandaya qulaq asmadılar”), amma adətən, sükunətdə olan və “sahib” yaxınlaşanda uçub gedən Anopheles quadrimaculatus ditdilisində “mümkün potensial” görüblər.

Tərcümə Strateq.az-ındır.

 




Ana səhifəyə qayıt        Baxış: 749          Tarix: 10-10-2018, 17:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma