Xəbər lenti

Qətlə yetirilmiş Fəriə bacıları 

 

Oleq Moskvin, Mixail Moşkin

vzqlyad.ru, 02.11.2018

 

Məlum olduğu kimi, Vaşinqton Xaşuqçinin Türkiyədə qətlə yetirildiyinə çox təmkinli reaksiya verib, amma indi öz evində oxşar qalmaqal qazanıb. ABŞ-da iki qızın – Səudiyyə təbəələrinin həlakı qəddar edamı yada salır. Həlak olanların anasının ifadələrində kral səfirliyinin adamlarının adları çəkilir. Ola bilər ki, Səudiyyə diplomatları təkcə İstanbulda deyil, həm də Nyu-Yorkda likvidator işləyirlər? 

ABŞ-da Səudiyyə jurnalisti Camal Xaşuqçinin İstanbuldakı həlakını yada salan qəddar qətlin təhqiqatı başlanıb. Əsas detalı ilə yada salıb – hər iki halda kral Salman və varis şahzadə Muhəmməd bin Salmanın  xidmətindəki diplomatlar şübhə altına düşürlər.

Söhbət iki Fəriə bacılarının – Səudiyyə Ərəbistanı təbəələrinin ölümündən gedir – xəbər verildiyi kimi, onların ailəsi ABŞ-dan siyasi sığınacaq istəyib. 16 yaşlı Talə və 22 yaşlı Rotana Fəriələrin cəsədləri oktyabrın 24-də Nyu-Yorkun rayonunda Qudzon çayının sahilində tapılıb. Hər ikisi hələ bu ilin avqustunda itkin düşüb. Bədənləri sarınıb və üzləri bir-birinə sarı döndərilib. Müstəntiqlər əvvəlcə güman ediblər ki, qızlar Corc Vaşinqton körpüsündən atılıblar. Amma cəsədlərin təhqiqatı bu versiyadan şübhələnməyə vadar edib. Adətən, insan körpüdən düşən zaman sınıqlar və sair ciddi zədələr alır. Qızların meyidlərinə baxış vaxtı aşkar zədə əlamətləri aşkarlanmayıb. Ölümün səbəbi hələlik müəyyən edilməyib.

(“The New York Times”, CBS və Amerikanın başqa medialarının istinad etdiyi”) polisin məlumatına görə, bacılar Virciniya ştatının onların tapıldığı yerdən, təxminən, 360 km aralı Ferfaks şəhərində yaşayırmışlar. Fəriə ailəsi 2015-də ABŞ-a köçüb. Ailənin atası Əbdusəlim Fəriə haqda yalnız bu məlumdur ki, tez-tez vətəndə olur, amma fəaliyyət növü bildirilmir.

Səudiyyə Ərəbistanının ABŞ-dakı baş konsulluğunun təmsilçiləri rəsmən bildiriblər ki, qızların ailəsiylə əlaqə saxlayıb və “bu çətin vaxtda dəstək və yardım göstəriblər”.

Amma önəmli bir məqam var. Həlak olmuş qızların anası Vəfa Fəriənin iddiasına görə, meyidlərin aşkarlanmasına bir gün qalmış ona Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirliyindən ailənin ABŞ-ı tərk etməsi tələbilə zəng ediblər, çünki qızları siyasi sığınacaq xahişiylə ərizə veriblər. Bu açıqlamadan sonra Xaşuqçi işiylə – və “qatil diplomatlar” haqda – paralellik öz-özünə ağla gəlməyə başlayır.

Amma qeyd edək ki, qızlar avqustda itiblər, səfirlikdən xəbərdarlıq zəngi isə yalnız indi səslənib.

Və özəl vurğulayaq: söhbət versiyadan artıq bir şeydən getmir. Bu da həmin  versiyanın xeyrinə danışmır ki, polisin məlumatına görə, bu, qızların ilk yoxa çıxması deyi, oxşar hadisə artıq 2017-nin dekabrında baş verib. Talə və Rotana o zaman analarına xəbər etmədən evdən getmişdilər, amma onları  tezliklə tapıb geri qaytarmışdılar. Bu zaman qeyd edək ki, qızların həlak olduğu şərait, çətin ki, intihar versiyasının xeyrinə olsun. Polis qarət versiyasını nəzərdən keçirmir və Fəriə ailəsinin kriminal işlərlə hər hansı əlaqəsi haqda heç bir məlumat verilmir.

Vzqlyad” qəzetinin əvvəllər qeyd etdiyi kimi, qorxunc cinayət – dissident jurnalisitn birbaşa Səudiyyə konsulluğunda qətli və cəsədinin şaqqalanması – Birləşmiş Ştatların az təsadüf edilən yumşaq reaksiyasını doğurub. Donald Tramp ər-riyadlı müttəfiqlərinin bu haqda bəraət sözlərinə inanıb. Mümkün izahat – Trampın özünün də gizlətmədən yada saldığı sazişdir: keçən il səudlarla bağlanmış 110 milayd dollarlıq silah müqaviləsi. Vaşinqton və ər-Riyad perspektivdə 350 milyard dollar dəyərində sazişə gedə bilər.

ABŞ-ın indiki prezidentinin səudlara tulladığı ittihamlar bu hadislərin  işığında unudulmuş göründü. Tramp – o vaxt “sadə milyarder” nisbətən bu yaxınlarda, 2011-də faktiki olaraq Səudiyyə hökumətinin 2001-ci il  11 sentybar teraktında əli olduğu haqda versiyanı dəstəklədiyi “Sərt olmaq dönəmi: Amerikanı yenidən əzəmətli edək” kitabını yazıb. Tramp iddia edib: “Səudiyyə Ərəbistanı dünyada terrorizmin ən böyük maliyyəçisidir. O bizim Amerikanın pullarını Amerika xalqını məhv etməyə can atan terrorçuları maliyyələşdirməyə yönəldir”.

Hətta artıq seçkiqabağı qovğaya girişərkən öz ittihamlarını dəfələrlə təkrarlayıb, özü də bunu elə qızğınlıqla edib ki, krallığın ən nüfuzlu yatırımçılarından birinin – şahzadə Valid əl-Təlalın narazılığını doğurub. Şahzadə öz “Tvitter”ində Trampa yazmışdı: “Siz təkcə Respublikaçılar partiyasının deyil, həm də bütün Amerikanın rüsvayçılıq ləkəsisiniz. Prezident qovğasından çıxın, heç vaxt udmayacaqsınız”. O, cavabında əlahəzrəti “qanmaz”adlandırmışdı. Tramp 11 sentybar teraktı qurbanlarının qohumları tərəfindən Səudiyyə Ərəbistanına qarşı iddia qaldırılmasını dəstəkləyib. Hətta ekiz qüllələrə hücumla bağlı Konqresin apardığı araşdırmanın nəticələrinin ictimaiyyətə açıqlanmasına israr edib. Lakin Tramp seçiləndən sonra Səudiyyə Ərəbistanına münasibətdə ritorikanı 180 dərəcə döndərib. Onun ilk beynəlxalq səfəri Yaxın Şərqəydi. O cümlədən Amerika silahının tədarükünə rekord müqavilə bağladığı ər-Riyada baş çəkib və yuxarıda sözügedən varis şahzadə bin Salmanla dostluq etdiyi və hətta hansısa işgüzar münasibəti olduğu haqda öz tənqidçilərinin ittihamlarını tamamilə təsdiqləyib. Səudiyyə kəşfiyyatı və yaxud səfirliyin himayəsində olan kəşfiyyat dost amerikalıların ərazisində nəzəri olaraq özünü Türkiyədəki kimi apara bilərmi (İstanbul konsulluğunda Xaşuqçinin həlakında ər-Riyadın əli olduğu haqda versiya düzdürsə)?

“RusEnergy” konsaltinq şirkətinin tərəfdaşı, İranda hərbi tərcüməçi, SİTA-nın Dəməşq, Qahirə, Beyrut və Tehrandakı müxbir məntəqələrinin keçmiş əməkdaşı Mixail Krutixin “Vzqlyad” qəzetinə deyib: “Yaxın Şərqdə Səudiyyə Ərəbistanı tamamilə müəyyən şöhrət qazanıb, çoxsaylı insan qurbanları və blokada ilə müharibə aparılan Yəmənə silahlı müdaxilə güclü siqnal idi”.

Həmsöhbətimiz vurğulayıb: “Səudiyyə Ərəbistanı bölgədə vasitə seçimindən çəkinməyərək özünü bölgəsəl fövqəldövlət kimi aparmağa çalışır”.

Krutixinin fikrincə, səudlar, ehtimala görə, İstanbulda necə hərəkət ediblərsə, ABŞ-da da o cür hərəkət edə bilərlər.

Ekspert əlavə edib: “Təbii, məndə sübut yoxdur. Baxaq, Amerika tərəfdən araşdırma necə gedəcək”.

Əlavə edək ki, hələ Xaşuqçi əhvalatına qədər Səudiyyə Ərəbistanından qaçqın düşənlərlə bağlı, ən azı, üç məşhur hadisə baş verib. Amma iki mühüm fərqlə – birincisi, əvvəlki hallarda söhbət kral qəbiləsinin çoxsaylı üzvlərindən gedib və ikincisi, ər-Riyadın əli olduğu haqda versiya praktik olaraq höcətə salınmayıb – o cümlədən səudların özləri tərəfindən.

Birinci hadisə – şahzadə Turki ben Bəndərin yoxa çıxmasıdır (Fransaya mühacirət edib, kral sarayını tənqid etməklə video dərc edib, 2015-də yoxa çıxıb). İkinci şahzadəni – tacdar qohum-əqrəbanın tənqidçisi Sultan ben Turkini də  iki dəfə oğurlayıblar – 2003-də İsveçrədən. Bundan sonra vətəndə bir neçə il həbsxanada və ev dustaqlığında keçirib və təkrarən 2016-da – həm də şahzadənin “hiyləgərliyi yetib” ki, Səudiyyə Ərəbistanı konsulluq xidmətinin təklif etdiyi təyyarədə səfərə çıxsın. Nəticədə, ona söz verildiyi kimi, Ştatlardan Qahirəyə deyil, ər-Riyada uçub.

Oğurlananlardan üçüncüsü İtaliyaya mühacirət edən və məhz 2015-də taxta çıxmış kral Salmanı devirmək çağırışlarını dəstəkləyən Səud ben Səif əl-Nəsrdir. “Dissident şahzadələr”dən qalan sonuncusu Xalid ben Fərhan bu yaxınlarda Bi-Bi-Si-yə bildirib: “Bu əməliyyatı Səudiyyə kəşfiyyatı planlaşdırmışdı”.

Xarici Kəşfiyyat Xidməti veteranı, istefadakı polkovnik Lev Korolkov “Vzqlyad” qəzetinə deyib: səudların “maliyyə imkanları var, maliyyə imkanları olanda isə istənilən yerdə aksiya keçirmək mümkündür – xüsusən də ABŞ kimi xeyli diasporun olduğu çoxmillətli bir ölkədə”.

Korolkov hesab edir: “Çin diasporundan tutmuş keçmiş SSRİ və RF-yə qədər dünyadakı bütün diasporlar orada var. Bu, texniki baxımdan mümkündür, bunun səudların hərbi-siyasi maraqlarıyla nə qədər səsləşdiyi başqa məsələdir. Bu onlara sərfəsiz ola bilər, xüsusən də ekiz qüllələrlə bağlı qalmaqal torf bataqlığındakı yanğın kimi gah səngiyir, gah da qızışır”.

Ekspert qeyd edib: “Onların əli olduğu sübut edilərsə, onda Vaşinqton Səudiyyə hökumətinə hər şeyi xatırladacaq – əgər bu, Amerikanın maraqlarındadırsa”.

Məsələ ərəbistanlı tərəfdaşlarla münasibətləri korlamaq Amerikanın marağındadırmı? Korolkov qeyd edib: “ABŞ və səudların ənənə üzrə çağdaş dünyada resursların bölünməsində bağlı olduqları və səudların ABŞ-a və bir sıra şirkətlərinə qoyduqları yatırımlar nəzər alınsa, hər iki tərəf siyasi qərarların hazırlanmasında müəyyən dərəcədə asılıdır”.

Tərcümə Strateq.az-ındır.

 




Ana səhifəyə qayıt        Baxış: 573          Tarix: 3-11-2018, 12:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma