Xəbər lenti

 

Kaş elə biz də qoyun təzəyi yandıraydıq, amma Qarabağdakı, Qərbi Azərbaycandakı kəndlərimizdə yaşayaydıq... 
 İşğalçı ölkənin Armavir mərzinin Koxbavan kəndi bu günədək nə içməli su,  nə də qaz üzü görüb.
Moderator.az xəbər verir ki, bu haqda erməni saytlarından birinin hazırladığı reportajda bəhs edilir. Məlumata görə, Armavirdən 33 km məsafədə yerləşən kənddə içməli su xətti yoxdur. Kəndlilər suyu icra orqanının hesabına qonşu kənddən gələn sisternlərdən alırlar. Yalnız bu günlərdə kəndə su çəkilməyə başlanıb. Su probleminin bu yaxınlarda həllini tapacağına ümid olsa da, kənddə orta məktəb, uşaq bağçası, klub, hətta balaca bir dükan tikilməsi buradakı ermənilər üçün xəyaldır. Hər gün uşaqlar mikroavtobusla qonşu Vənənd kəndinin məktəbinə gedirlər. Onlarla bərabər iki uşaq bağçaya da gedir. Cəmi 35 ev olan Koxbavanda 8 məktəbli var. Ona görə də burada məktəb açılması mənasızdır...
Kənddəki həyat tərzindən daha çox erməni qadınlar şikayətlənir. Onlar evlərin istiliyini və bişir-düşürü yalnız odun və əsasən mal, qoyun təzəyi hesabına təmin edirlər...
Onu da qeyd edək ki, Ermənistanda belə həddindən artıq  yoxsul kəndlər çoxdur.
P.S. Yaxşı ki, Azərbaycanda mal təzəyinin yanacaq kimi işləndiyi belə kəndlər yoxdur...
P.P.S. Həmişə demişik: yoxsul ermənilər iqtisadi cəhətdən nə qədər çətin vəziyyətdə dolansalar da,  fakt odur ki, bizim Qərbi Azərbaycandakı  qədim, tarixi və Qarabağdakı hüquqi torpaqlarımızda onlar məskunlaşıblar. Və buna görə də maddi çətinlik, yoxsulluq mənəvi baxımdan ermənilərə başalçaqlığı gətirmir. Bizim başımız  digər xalqlar önündə aşağıdır ki, on illərdir, bu boyda sərvətlə, neftlə, qazla, insan resurslarıyla, güclü(!) orduyla, heç olmasa, Qarabağdakı torpaqlarımızı “acından ölən” ermənilərdən azad edə bilmirik...
Kaş elə biz də qaz əvəzinə, qoyun, mal təzəyi yandıraydıq, amma Qarabağdakı, Qərbi Azərbaycandakı öz kəndlərimizdə uçuq daxmada, lap kahada yaşayaydıq. Problemimiz torpaqlarımızın azadlığı yox, su, işıq, qaz, pul, yemək-içmək olaydı...



Ana səhifəyə qayıt        Baxış: 666          Tarix: 21-09-2019, 10:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma