Xəbər lenti

 

İmam Hüseyn (ə) hərəkatını öyrənmək istəsək, bizim diqqət edə biləcək məsələlərdən biri də İmamın (ə) səsləndirdiyi şüarlardır.

Mədinənin özündə, Mədinədən Məkkəyə və Kufəyə doğru yol boyu istifadə etdiyi şüarlardır. Əslində bu şüarlar həm dövrünün insanlarına və bütün zəmanənin insanlarına çatdırılan mesajlardır. Hansı ki, bu mesajlarda həm öz zəmanəsinin və həmçinin bütün dövrlərin insanlarına aid olan əsas ciddi mətləblərin çatdırışıdır.
Ovqat.com deyerler.org-a istinadən bildirir ki, bu mübarək hərəkatda və ustadların dili ilə desək, bu mübarək hicrətdə səslənən şüarlar, tək şüar olaraq qalmadı. Əməli həyat keçməklə, hər zəman və məkan şəraitində öz əhəmiyyətini daşımaqdadı. İmamın (ə) və əshabının şəhadət qanı və əsirlər karvanın nəticəsidir ki, bu mesajlar yaşamaqdadır.
"Heyhat minnəz-zilləh" - "Zillət bizdən uzaqdır".
Və İmamın (ə) dəfələrlə buyurduğu: "Dünya adamları bilsin ki, mən vəzifə istəyən, məqam istəyən bir adam deyiləm və mən fəsad törədən və zalım da deyiləm və mənim elə bir hədəfim də yoxdur. Mənim qiyamım - cəddimin ümmətini islah etmək üçündür. Qiyam etmişəm ki, öz babamın ümməti arasında islahat aparım, yaxşllığa çağırıb, pislikdən çəkindirim".
Bu mübarək hicrət Həzrət Rəsulallahın (ə) Məkkədən Yəsribə hicrətinin davamı idi. Necə ki, əziz Peyğəmbərimiz (s) hicrət eləməklə İslamı yaydı. Eynilə İmam Hüseyn (ə) də Mədinədən mübarək hicrəti ilə əziz cəddinin gətirdiyi dini sığortaladı.
Bəli, ustadların dediyi kimi, Aşura Həzrət Rəsulallahın (ə) Besətini sığortaladı. Aşura Qədir-Xumdakı İmam Əlinin (ə) vilayətini sığortaladı. Aşura Zəmanə Sahibinin (ə.f) zühurunu sığortaladı.
Şəhadətlə nəticələnən bu hərəkat İslam aləminə yeni bir həyat bəxş etdi. Və müsəlman aləmində əsarət və köləlik hisslərini zəiflətdi.
Şəhid Mütəhhəri ağanın diliylə desək, Aşura hərəkatı İslam cəmiyyətinə ləyaqət verdi. İctimaiyyət özündə şəxsiyyət qazanmağa başladı.
Aşuradan bu günümüzə kimi şəxsiyyətlər formalaşdıran "Zillət bizdən uzaqdır" şüarı, insanların, fərdlərin, cəmiyyətlərin islah olunmasına zəmin yaratdı.
İmam Hüseyn (ə) hərəkatının və Aşurasının nəticəsidir ki Şəhid Şeyx Nimrlər, Şeyx Zəkzəkilər,




Ana səhifəyə qayıt        Baxış: 955          Tarix: 31-10-2017, 22:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma