Xəbər lenti

“Bəzi dairələr daxildən və xaricdən Azərbaycana təsir göstərmək istəyir”.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Ramazan ayının başlanması ilə bağlı tədbirdə deyib.

A.Paşazadə bildirib ki, həmin qüvvələrin məqsədi Azərbaycanda dini qarşıdurma yaratmaqdır: “Dini amildən istifadə edərək İraqda, Suriyada vəziyyəti qarışdırdılar və Azərbaycanda da bu hadisələri törətmək istəyənlər var, erməni lobbisi də bu işdə fəaldır, onlar bizi yoldan çıxarmaq istəyirlər”.

A.Paşazadə dindarları bu məsələlərdə diqqətli olmağa çağırıb: “Bu məsələlərdə diqqətli olmalıyıq, heç kimə imkan verməməliyik ki, Azərbaycanda dini qarşıdurma yaratsın”.

Trend

 




Ana səhifəyə qayıt        Baxış: 579          Tarix: 15-05-2018, 15:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma