Xəbər lenti
20-10-2018, 21:53

Bu il ərzində Ramazan ayı ilə bağlı başqa təqvim çapına məqsədli şəkildə icazə verilməyib.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Ramazan ayının başlanması ilə bağlı keçirilən tədbirdə deyib.

Komitə sədrinin müavini bildirib ki, təqvim çap etmək istəyən bunu yalnız istinadla edə bilər: “Belə halların şahidi olanlar dərhal aidiyyəti şöbələrə müraciət edə bilər”.

 G.İsmaylov məscidlərdə azanların eyni vaxtda verilməsi məsələsinə də toxunub. O qeyd edib ki, vahid mənəvi mühit qorunub saxlanılmalıdır: “Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə yaxından əməkdaşlıq ediləcək. Bu il daha yaxşı nəticələr əldə ediləcək. Ötən il bununla bağlı cəmi bir-iki fakt var idi”.

Bayram namazlarının qılınmasına gəlincə, komitə sədrinin müavini ötən il bu istiqamətdə ciddi problemin qeydə alınmadığını bildirib: “Komitə bu il QMİ ilə birgə bu istiqamətdə də iş aparacaq”.

Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayının birinci günü miladi təqvimlə mayın 17-nə, Eydül-Fitr (Fitr bayramı) isə iyunun 15-nə təsadüf edəcək və həmin gün ölkədə bayram namazı qılınacaq/Trend.

 




Ana səhifəyə qayıt        Baxış: 186          Tarix: 15-05-2018, 15:55      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent