Xəbər lenti

“Bu yaxınlarda İlahiyyat İnstitutuna rektor təyin olunacaq”.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, artıq institutuna bina da ayrılıb: “Nizamnamə təsdiq üçün hökumətə təqdim edilib. Bütün işlər görülüb”.

Dövlət Komitəsinin sədri bildirib ki, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi İlahiyyat İnstitutuna birləşdiriləcək: “Orada çalışan müəllimlər də İlahiyyat İnstitutunda fəaliyyət göstərəcək. Gələcəkdə institut üçün şəhərdən kənarda kampusun inşası nəzərə tutulur”.

M.Qurbanlı vurğulayıb ki, İlahiyyat İnstitutunu bitirən məzunlar Azərbaycanın məscidlərinə təyinat alacaqlar/Report.

 




Ana səhifəyə qayıt        Baxış: 751          Tarix: 24-05-2018, 14:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma