Xəbər lenti

Qanunvericilikdə dini icmaların qeydiyyatı ilə bağlı ziddiyyətli məqamlara aydınlıq gətirilməlidir.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Aparat rəhbəri Simran Həsənov “Dövlət-din münasibətlərinin hüquqi bazası” mövzusunda keçirilən respublika müşavirəsində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dini icmaların qeydiyyatı ciddi bir problemdir. S.Həsənov deyib ki, dini icmaların qeydiyyatı ilə bağlı qanunvericilikdə müəyyən ziddiyyətli məqamlar var: “Bunların hamısına aydınlıq gətirilməlidir. Dini icmaların nümunəvi nizamnaməsi də yenilənməlidir və yeni sənəddə din xadimi və dini icma sədrinin hüquq və vəzifələri dəqiq göstərilməlidir. Bunlar konkretləşdirilməlidir. Bu nizamnamənin hazırlanmasına biz də yardım edə bilərik“. (Trend)

 




Ana səhifəyə qayıt        Baxış: 810          Tarix: 29-06-2018, 16:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma