Xəbər lenti

Bütün ermənilərin katolikosu II Qareginin istefasını tələb edən etirazçılar onun Eçmiədzin monastırında yerləşən iqamətgahının kargüzarlığına basqın ediblər.

“Report” bildirir ki, kargüzarlığın mətbuat xidmətinin rəhbəri Vaqram Melikyanın Facebook səhifəsində yazdığına görə, basqın edənlər ultimatum tələbləri ilə çıxış edir, təxribatçı hərəkətlər edirlər. Onlar bu qəbuledilməz hərəkətləri dayandırmaq çağırışlarına məhəl qoymurlar.

Katolikosun istefasını tələb edən etirazçı qrupun lideri Karen Petrosyan KİV-ə bildirib ki, kilsə işçiləri onlara hücum ediblər: “Biz burada katolikos vəzifəsindən imtina edənə qədər qalacağıq”.

Hadisə yerinə polis calb olunub.

 




Ana səhifəyə qayıt        Baxış: 738          Tarix: 6-07-2018, 16:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma