Xəbər lenti

Bu il şiə müsəlmanların matəm ayı olan Məhərrəm ayı sentyabrın 10-da başlayır. Aşura günü isə sentyabrın 20-də qeyd olunacaq. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının xüsusi fətvası hazırlanır.

Məhərrəm islamda 5 aydan biridir ki, bu ayda müharibələr və münaqişələr qadağan olunub.

Aşura Məhərrəm ayının 10-cu günüdür. 680-ci ildə Kərbəla şəhəri yaxınlığında imam Hüseynin kiçik dəstəsi Yezidin dəstəsi ilə qeyri-bərabər döyüşə girib və şəhid olub. O vaxtdan imam Əlinin (şiəliyin banisi) tərəfdarları Aşuranı ümumi matəm kimi qeyd edirlər.

İmam Hüseyn Məhəmməd Peyğəmbər tərəfindən əsası qoyulmuş islam dininin əsaslarının Yezid tərəfindən təhrif edilməsinə qarşı çıxıb.

Bundan əlavə, Məhərrəm ayında və sonrakı Səfər ayında (imam Hüseynin ölümündən keçən 40 gün ərzində) şiələr toy və digər təntənəli mərasimlərin keçirilməsindən imtina edirlər. (Turan)

 




Ana səhifəyə qayıt        Baxış: 997          Tarix: 4-09-2018, 12:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma