Xəbər lenti

“Azərbaycandan Həcc ziyarətinə gedən hacılarımızın böyük qismi vətənə qayıdıb”.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Məhərrəm ayının başlanması ilə əlaqədar keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hacıların səhhətində heç bir problem olmayıb: “Allah arzusunda olan hər kəsə nəsib etsin. 1975-ci ildə ilk dəfə Həcc ziyarətinə gedəndə orda çox az sayda azərbaycanlı gedə bilirdi. Artıq heç bir məhdudiyyət qoyulmadan imkanı çatan hər kəs ziyarət edə bilər. Əvvəllər təyyarələrlə getməkdə çətinlik yaşanırdı. Lakin bu gün tam şəraitli təyyarələrlə səfərlər təşkil olunur”. (Report.az)

 




Ana səhifəyə qayıt        Baxış: 409          Tarix: 4-09-2018, 15:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma