Xəbər lenti

 

Sentyabrın 20-də Aşura günü ilə əlaqədar olaraq Azərbaycanda qanvermə aksiyası baş tutacaq.

Ovqat.com xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, qanvermə aksiyası Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şirvan, Ağsu, Beyləqan  və digər rayonlardakı məscid və xəstəxanalarda olacaq.

Aksiya İmam Əli, Əjdərbəy, Şah Abbas, Bibiheybət, Təzəpir, Hacı Soltanəli, Qaraçuxur,  Böyük Bazar, Heydər məscidlərində və Rəhimə xanım ziyarətgahı, Sumqayıt şəhər Cümə və İmam Əli məscidləri, Gəncənin İmamzadə Ziyarətgah kompleksində, Bərdənin İmamzadə kompleksi, Xaçmaz şəhər məscidi, Biləsuar şəhər Cümə məscidi, eləcə də, Mərkəzi Qan Bankının Şirvan və Quba bölgələrində keçiriləcək.

Eyni zamanda, Ağcabədi Rayon Mərkəzi Xəstəxanası, Beyləqan Rayon Mərkəzi xəstəxanası, Cəlilabad Rayon Xəstəxanası, Ağsu rayon Xəstəxanasında qanvermə aksiyası baş tutacaq.




Ana səhifəyə qayıt        Baxış: 692          Tarix: 10-09-2018, 22:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma