Xəbər lenti

 

"Azərbaycan xalqı İslami dəyərlərə hər zaman hörmətlə yanaşır. Dini mərasimlərin, ayinlərin icrasına da hər zaman diqqət edirik”.
Ovqat.com xəbər verir ki, bunu "Sherg.az”a "İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib. 
O düşünür ki, uşaqların baş yarma, zəncir vurma, qan çıxarma kimi addımlar məqsədəuyğun deyil:
"Ümumiyyətlə, Aşura günü kimi dini mərasimlər islami həmrəyliyi nümayiş etdirən hadisələrdir. Qan tökmək, baş yarmaq isə dəyərlərimizə ziddir, dində də müsbət qarşılanmır.
Belə addımlar uşaqlarda dinimiz haqqında yanlış fikir formalaşdıra bilər.
Ona görə, valideynlər uşaqların dini maarifləndirmə üsullarını düzgün müəyyən etməlidirlər. Hər bir vətəndaş Aşura günü kimi dini mərasimlərin mərhəmətə, həmrəyliyə, xeyirxahlığa və sülhə yönəldiyini təbliğ etməlidir. Baş yarmaqdan, qan tökməkdənsə, qanvermə aksiyasında iştirak edib, insanların həyatını xilas etmək daha düzgündür.
İslam dinini baş yarmaq, qan tökmək dini kimi canlandırmaq, mövhumatçı kimi təqdim etmək olmaz. İslam da bunu qəbul etmir. Hər bir fərd bu məsələdə öz prinsipiallığını ortaya qoymalıdır. Biz övladlarımıza elm öyrətməli, İslam dinin dəyərlərini, müsbət yönlərini aşılamalıyıq”.
Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları idarəsi müxtəlif qurumlarla birlikdə İslam dininin dəyərləri istiqamətində insanların maarifləndirilməsi tədbirlərini davam etdirir. Paytaxt Bakı ilə bərabər müxtəlif regionlarda keçirilən tədbirlərdə dini radikalizm əməlləri qətiyyətlə pislənilir.




Ana səhifəyə qayıt        Baxış: 536          Tarix: 14-09-2018, 22:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma