Xəbər lenti

Azərbaycanda yeni qeydiyyatdan keçmiş dini icmalar arasında Gəncə “İmamzadə ziyarətgah” kompleksi də var. “İmamzadə” ilk dəfə olaraq dini icma kimi qeydiyyata alınıb.

Ötən həftə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində keçirilən toplantıda (DQİDK) yeni qeydiyyatdan keçən 30 dini icmaya şəhadətnamələr təqdim edilib. Dövlət Komitəsində təşkil olunan tədbirdə qurumun rəhbərliyi, şöbə müdirləri və yeni qeydiyyatdan keçmiş dini icmaların sədrləri iştirak ediblər.

Tədbirdə çıxış edən Gəncə şəhəri “İmamzadə ziyarətgah” məscidi dini icmasının sədri Tahir Abbasov Azərbaycanda vicdan azadlığının yüksək şəkildə təmin olunması üçün yaradılan şəraitdən, dini sahəyə göstərilən qayğıdan məmnunluğunu ifadə edib. Sonda qeydiyyat şəhadətnamələri dini icma sədrlərinə təqdim edilib.

Gəncə “İmamzadə”sinin icma kimi dövlət qeydiyyatına alınması ilə bağlı Hacı Tahirlə danışdıq. Yeni Müsavat”a açıqlamasında Hacı Tahir bildirdi ki, ilk dəfə olaraq “İmamzadə” icma kimi dövlət qeydiyyatına alınıb. Onun sözlərinə görə, indi kompleksin bir sıra problemləri aradan qaldırılıb, eləcə də dövlət yardımı edilib. Hacı Tahir bildirdi ki, Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən Gəncə şəhərində fəaliyyət göstərən iki icmaya avtomobil hədiyyə olunub. Bunlardan biri Gəncə “Şah Abbas” məscidi icması və “İmamzadə ziyarətgahı” icmasına verilib. Avtomobillər gələn həftənin əvvəli icmalara təhvil veriləcək: “Neçə ildir mümkün olmurdu, amma icmamız artıq rəsmi dövlət qeydiyyatına alındı. Bəzi problemlər də həllini tapdı. İcmamıza avtomobil də veriləcək. Ümumilikdə Gəncədə iki icmaya maşın verəcəklər, biri də bizim icmadır”.

 




Ana səhifəyə qayıt        Baxış: 79          Tarix: 7-12-2018, 17:29      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent