Xəbər lenti
7-03-2019, 22:48

Moskva və Kiyev arasında müşahidə olunan siyasi gərginlik artıq kilsələrə də sıçrayıb. Artıq Ukrayna kilsələrində din adamları siyasi səbəblərdən yumruq davasına çıxmağa başlayıb.

Teleqraf.com xəbər verir ki, Ukraynanın Ternepol vilayətinin Vinyatintsa qəsəbəsindəki Uspenski Katedralında ayin zamanı rahiblər arasında dava baş verib.

Kilsəni bölüşə bilməyən din adamları ibadətə gələn insanların qarşısında dava edib.

Ukrayna pravoslav kilsəsinə bağlı olan yepiskop Tihon Petranyuk və yanındakı rahiblərlə Kiyev Patriarxlığı, Ortodoks Kilsəsinin rahibi İoann arasında əməllicə dava düşüb.

Dini ayin zamanı kilsəyə daxil olan yepiskop Petranyuk rahib Boykonun iki ay əvvəl Kiyev Patriarxlığına keçməsi səbəbindən Ukrayna Provaslav Kilsəsinin ayinlərinə qatılmayacağını elan edib. Və davaya da səbəb bu olub.

Kilsə qapılarının üzünə bağlanmasına baxmayaraq, yepiskop içəri daxil olub və rahib Boyko haqqında qərarı oxuyub. Bu zaman o, camaatın kəskin etirazı ilə qarşılaşıb. Yepiskopun əsasının qırılması ilə kilsə bir anda qarışıb…

Davada beyin iflici keçirən və qabırğaları qırılan rahib dərhal xəstəxanaya aparılıb.

Maraqlıdır ki, bu hadisə 15 dekabrda keçiriləcək pravoslav kilsələri təmsilçilərinin birləşdirici qurultayından öncə yaşanıb.

Bir anda kilsəyə daxil olaraq rahibi yaralayan din adamları Boykonun pedofil olduğuna etiraz ediblər.

Qeyd edək ki, Ukrayna pravoslav kilsəsi müstəqilliyini əldə etmək üçün İstanbul Patriarxlığına müraciət edib.

Hazırda Ukrayna Patriarxlığı ilə pravoslav kilsələri arasında anlaşılmazlıq müşahidə olunur. Ölkədə vahid və müstəqil kilsənin qurulması istiqamətində işlər aparılır. Moskva Patriarxlığı və onun təsiri altında olan Ukraynadakı bəzi kilsələr buna qarşı çıxış edir.

Dekabrın 15-də Ukrayna din xadimləri Müqəddəs Sofiya Məbədində müstəqil Kiyev Patriarxlığının qurulması, patriarxlığın Moskvadan ayrılaraq tam müstəqil olması haqqında qərar verəcək.

Ukraynada hesab edirlər ki, Rusiya tərəfi ölkədə dini fikir ayrılıqlarını mümkün qədər inkişaf etdirməyə çalışır, bu sahəyə müdaxilə edir.

Həmçinin iddia edilir ki, Rusiya Moskva Patriarxlığına tabe olan Ukrayna Ortodoks kilsəsinin tərəfdarlarının vasitəsilə Kiyevə qarşı hibrid müharibəsi aparır.

Ukrayna kəşfiyyatı Rusiyanın dini anlaşılmazlıqları daha da qıcıqlandırmaqla ölkələrinə qarşı açıq müharibə başlatmağa zəmin hazırlamaq niyyətində olduğunu iddia edir.

 




Ana səhifəyə qayıt        Baxış: 237          Tarix: 13-12-2018, 17:28      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Ən çox oxunanlar