Xəbər lenti

Bu il Məhərrəmlik ayında Aşura günü münasibətilə 25 şəhər və rayonda 33 yerdə qanvermə aksiyası keçiriləcək.

Bu barədə Teleqraf.com-a Səhiyyə Nazirliyindən bildiriblər.

Qeyd edilib ki, aksiyalar 25 məscid və ziarətgahda, 8 səhiyyə müəssisəsində təşkil olunacaq. Bakıda 8 rayon üzrə 15 yerdə qanvermə aksiyası keçiriləcək.

Onun 13-ü məscid və ziyarətgahlar, 2-si səhiyyə müəssisələridir. Bu il qanvermə aksiyalarının keçiriləcəyi yerlərin sayı ötən il ilə müqayisədə artıb.

Belə ki, ötən il 24 rayon və şəhər üzrə 28 yerdə qanvermə aksiyası keçirilmişdi.

Trend qanvermə aksiyalarının keçiriləcəyi yerlərin siyahısını təqdim edir:

Xatırladaq ki, sentyabrın 1-dən Məhərrəm ayı başlayıb, sentyabrın 10-da Aşura günü qeyd ediləcək.




Ana səhifəyə qayıt        Baxış: 454          Tarix: 6-09-2019, 14:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma