Xəbər lenti

 

Son  onilliklərdə ərazisindəki müsəlmanlara, uyğur türklərinə qarşı amansız fiziki, həm də ideoloji, psixoloji təqib və repressiyalarla  İslam aləminin qəzəbinə gələn Çinin Şensi əyalətində  divarlarında  Quranın bütün surə və ayələri həkk edilmiş məscidin olduğu bilinib. 
Moderator.az xəbər verir  ki, bu haqda “Shia News” agentliyi məlumat yayıb.  
Şi An cümə məscidi Çinin ən qədim və turistlər üçün maraqlı olan məscidlərindəndir. Buna əsas səbəb həmin ibadətgahın  yer üzündə divarlarında bütün Quran ayələri yazılmış  yeganə məscid olmasıdır. Məscid 762-ci miladi ilində Tang sülaləsi dövründə tikilib.  Ming sülaləsi dövründə isə məsciddə bərpa işləri görülüb və  tikintisi tamamlanıb.   Məhz həmin zamanlarda  ibadətgahın divarlarına sonuncu  Allah Kitabının bütün ayələri həkk edilib. 
Digər məscidlərdən fərqli olaraq bu məscid zahiri görünüşünə görə bir Çin məbədinə oxşayır... Məscidin 12 min kvadratmetr ərazisi var. Bu ərazidə həm məscidin binası, həm də iç-içə olan həyətləri yerləşib. İbadətgahın iç-içə olan beş həyəti var.



Ana səhifəyə qayıt        Baxış: 69          Tarix: 1-11-2019, 11:34      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent