Xəbər lenti

 

Azərbaycanda Qurban bayramı namazının vaxtı müəyyənləşib.

Bayram namazı sentyabrın 1-də saat 08:00-da Əjdərbəy məscidində, 09:00-da isə Təzə Pir məscidində qılınacaq.

Bu il Qurban bayramı sentyabrın 1 və 2-də qeyd olunacaq.

Qurban bayramında sentyabrın 2-nə - şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, sentyabrın 4-ü qeyri-iş günü olacaq.

Beləliklə, sentyabrın 3-ü də bazar gününə təsadüf etdiyi üçün Qurban bayramında 4 gün ardıcıl qeyri-iş günü olacaq. /Axşam.az/




Ana səhifəyə qayıt        Baxış: 864          Tarix: 31-08-2017, 21:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma