Xəbər lenti

 

Cabir nəql edir: "İmam Baiqirn (ə) xidmətinə gələndə mənə buyurdu: "Ey Cabir! Axirət sabitlik evidir, dünya isə məhv olmaq evidir. Ancaq dünya əhli qafildirlər və möminlər o kəslərdir ki, fəqih və təfəkkür əhlidirlər.

İbarətdirlər: o şeyi ki, qulaqları ilə eşidirlər, onları Allah Təalanı yada salmaqdan kar etməz. Gözləri ilə gördükləri hər zinət onları Allahı yada salmaqdan kor etməz. Ona görə də axirət savabına çatarlar". (Tebyan)
Hədisin şərhi:

Ovqat.com deyerler.org-a istinadən bildirir ki,  Cabirin elmi çox böyük idi və ona görə də Həzrət İmam Muhəmməd Baqir (ə) ona daha geniş məsələləri bəyan etmişdir. Möminlər inanırlar ki, bu dünyada əbədi qalmayacaqlar. Ona görə hər an özlərini axirət üçün hazır etməlidirlər. Yəni, insan deməməlidir ki, hələ cavanam və qarşıda bir 30 il ömrüm vardır. Lakin dünya belə bir yer deyildir. İnsan hər an ömrünü sona çatdıra bilər. Ona görə də həqiqi mömin gərək özünü axirəti üçün əvvəldən hazırlasın.
Dünyaya aid eşitdiyi hər bir şey onu Allahdan və axirətdən qafil etməsin. Dünya zinətləri gözünü boyayıb, qəflətə salmasın. Mömin bu dünyadan vasitə kimi istifadə edir ki, axirəti daha gözəl olsun. Dünya nemətlərini axirət nemətlərinə çatmaq üçün istifadə edir. Yəni, möminin nəzərində ilk sırada axirət qərar tutar, nəinki dünya. Ancaq bu insanlar axirət savabına çatarlar.




Ana səhifəyə qayıt        Baxış: 1 046          Tarix: 19-09-2017, 23:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma