Xəbər lenti

 Meksikada güclü zəlzələdən sonra təqribən 200 nəfər itkin düşmüş hesab olunur.

“Report” xəbər verir ki, bunu ölkənin mülki müdafiə qüvvələrinin milli koordinatoru Luis Felipe Puente deyib.

O həmçinin əlavə edib ki, zəlzələ paytaxt Mexikoda 44-ə yaxın evi dağıdıb.

Puentenin sözlərinə görə, yaxın vaxtlarda daha bir neçə tikili yeraltı təkanlar nəticəsində dağıla bilər.

Zəlzələ nəticəsində ölənlərin sayının 273 nəfərə çatıb.







Ana səhifəyə qayıt        Baxış: 772          Tarix: 22-09-2017, 10:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma