Xəbər lenti

"Rəsmi Tehran raket, o cümlədən ballistik raketlər sahəsində potensialını möhkəmləndirmək niyyətindədir".

"Report" "PressTV"yə istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani deyib.

"Biz hərbi imkanlarımızı genişləndirmək niyyətindəyik. Biz raket potensialını gücləndirəcəyik. Vətənimizi qorumaq üçün bizə kiminsə icazəsi lazım deyil", - H.Ruhani bildirib.

Hökumət başçısının fikrincə, İran regionda sabitliyin saxlanmasında bu gün əsas rol oynayır.

O, həmçinin bildirib ki, İran atom proqramı üzrə öz öhdəliklərini yerinə yetirir.




Ana səhifəyə qayıt        Baxış: 1 043          Tarix: 22-09-2017, 15:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma