Xəbər lenti

   Bu gün Almaniyada parlament seçkiləri keçiriləcək.

 APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, seçki məntəqələri yerli vaxtla saat 8.00-da açılacaq, səsvermə saat 18.00-da başa çatacaq.

 Seçkidə 42 partiya 61,2 milyon seçicinin səsi uğrunda mübarizə aparacaq. Sosioloji rəy sorğularına əsasən hakim Xristian Demokrat İttifaqı/Xristian Sosialist İttifaqı 36-37 faiz Sosial Demokrat Partiyası 20-23 faiz, Almaniya üçün Alternativ Partiyası 9-12 faiz, Azad Demokratik Partiya 9-11 faiz, Sol Partiya 8,5-11 faiz, Yaşıllar Partiyası 7-8 faiz səs toplayacaq.




Ana səhifəyə qayıt        Baxış: 825          Tarix: 24-09-2017, 10:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma