Xəbər lenti

 

Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 318  nəfərə çatıb.

Ovqat.com APA-ya istinadən xəbər verir ki, bu barədə Meksika FHN rəhbəri Luis Felipe Puente bildirib. Ən çox - 180 ölüm halı Mexiko şəhərində qeydə alınıb. Təbii fəlakət həmçinin Oaxaka, Puebla, Qerrero, Mexiko və Morelos ştatlarında da qurbanlara səbəb olub.

Sentyabrın 19-da Meksikada 7,1 bal gücündə zəlzələ olub. Yeraltı təkanların episentri ölkənin cənubunda yerləşib. Zəlzələ nəticəsində paytaxt Mexikoda 44 ev dağılıb.




Ana səhifəyə qayıt        Baxış: 795          Tarix: 24-09-2017, 23:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma