Xəbər lenti

“Putin Krımın işğalı üzrə...” - İşğalın yeni detalları MƏLUM OLDU

“2013-cü ilin sonu-2014-cü ilin əvvəlində Kiyevdə Maydan hadisələr zamanı Regionlar Partiyasının Krım bölməsinin üzvləri Rusiya rəhbərliyini inandırırdılar ki, yarımadanın zəbti üzrə xüsusi əməliyyatı özləri keçirə biləcəklər”.

Publika.az xəbər verir ki, bunu “112 Ukrayna” telekanalında “Qordon” proqramının efirində Rusiya Dövlət Dumasının sabiq deputatı İlya Ponomaryov bildirib.

Onun sözlərinə görə, amma sonradan Sergey Aksyonov (Krım Muxtar Respublikasının Nazirlər Şurasının sədri idi –red.) başçılıq etdiyi “kriminalitet” Kremlə kömək üçün müraciət etməyə məcbur olub. İlya Ponomaryov Regioonal Partiyasının Krım bölməsinə Krım tatarların mane olduğunu vuğulayıb.

Sabiq deputat bildirib ki, Rusiya prezidenti Vladimir Putin Krımın işğalı üzrə bütün əməliyyata bilavasitə rəhbərlik edirdi, amma Ukrayna ərazilərinin tutulması üzrə strateji plan məfkurə cəhətdən onun köməkçisi Vladislav Surkov tərəfindən hazırlanmışdı.

Qeyd edək ki, İlya Ponomaryov 2014-cü ildə Dövlət Dumasında Krımın Rusiyaya birləşdirilməsinə qarşı səs verən yeganə deputat olub. 2015-ci ildə isə o, bu hərəkətinə görə cəzalandırılıb. Dövlət Dumasında keçirilən səsvermə ilə onun toxunulmazlıq hüququ əlindən alınıb.

Ponomaryov Baş Prokurorluq tərəfindən "Skolkovo" fondundan pul mənimsəməkdə ittiham olunub. Həmin vaxt ABŞ-da olan deputat ona qarşı səsləndirilən ittihamları rədd edib və bildirib ki, ittihamlar siyasi motivlidir.




Ana səhifəyə qayıt        Baxış: 545          Tarix: 25-09-2017, 15:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma