Xəbər lenti
21-09-2019, 20:33

Ukrayna bu ərazilərdən məhrum olacaq – ŞOK PROQNOZ

Ukrayna vətəndaşlığından məhrum edilmiş Odessa vilayətinin sabiq qubernatoru, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili sensasiyalı bəyanatlarla çıxış etməkdə davam edir.

Publika.az xəbər verir ki, Saakaşvili Britaniyanın “The Daily Telegraph” nəşrinə müsahibəsində Ukraynanın dağılacağını proqnozlaşdırıb.

Saakaşvilinin fikrincə, Ukraynanın siyasi və iqtisadi sistemləri təcili islah edilməsə və korrupsiyanın qarşısı alınmasa, Kiyev Donetsk və Luqansk vilayətlərindən məhrum olmaq riskı qarşısındadır.

“Beləliklə, əgər Ukrayna dəyişməsə, ölkə hissələrə dağılmağa davam edəcək və cənubi-şərqi itirəcək”, -Saakaşvili deyib.

Siyasətçi əmin edib ki, nə prezident, nə də baş nazir olmaq üçün ambisiyası var, əksinə, Ukraynanın gələcəyi uğrunda sonrakı mübarizə üçün Ukrayna müxalifətini birləşdirməyə çalışır.

Xatırladaq ki, Ukrayna prezidenti Petro Poroşenko bu il iyul ayının 26-da Saakaşvilinin vətəndaşlıqdan məhrum edilməsi ilə bağlı fərman imzalayıb. Keçmiş prezident həmin vaxt ABŞ-da olub. Saakaşvili sentyabrın 10-da öz tərəfdarlarının dəstəyi ilə Polşa-Ukrayna sərhəddini keçərək Ukrayna ərazisinə daxil olub.




Ana səhifəyə qayıt        Baxış: 630          Tarix: 25-09-2017, 17:44      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent