Xəbər lenti

 

İraq və Türkiyə hərbçiləri iki ölkə sərhədində birgə təlimlərə başlayıblar.

Ovqat.com APA-ya istinadən xəbər verir ki, bu barədə İraq Silahlı Qüvvələri Baş Qərargahından bildirilib.

"İraq-Suriya sərhədində iki ölkə hərbçilərinin iştirakı ilə irimiqyaslı təlimlərə start verilir", məlumatda deyilir.
Qeyd edək ki, bü gün İraqın şimalındakı Kürd Muxtariyyətinin ərazisində müstəqillik referendumu keçirilib. İraq hökuməti referendumun qanunsuz olduğunu bəyan edib. ABŞ, Almaniya, Fransa və BMT nümayəndələri M. Bərzani ilə görüşərək referendumun təxirə salınmasını istəsələr də, bu, mümkün olmayıb.




Ana səhifəyə qayıt        Baxış: 716          Tarix: 25-09-2017, 21:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma