Xəbər lenti

 Suriyanın İdlib vilayətində sentyabrın 18-də Rusiya hərbi polisinə hücuma rəhbərlik etmiş "Heyət Təhrir Şam" (keçmiş "Cəbhat ən-Nüsra") terror təşkilatının 5 səhra komandiri zərərsizləşdirilib.

 APA-nın xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Onların yerinin müəyyənləşdirilməsi üçün çoxsəviyyəli kəşfiyyat sistemindən istifadə dilib. Terrorçuların olduğu əraziyə raket-aviasiya zərbəsi endirilib. Nəticədə səhra komandirləri Əbu Salman Əs-Saudi, Əbu əl-Abbas Anadin, Əbu Həsən, Valid əl-Mustafa, Əbu Mücaid öldürülüb. Əməliyyat zamanı daha 32 döyüşçü və 6 avtomobil məhv edilib. 




Ana səhifəyə qayıt        Baxış: 513          Tarix: 27-09-2017, 10:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma