Xəbər lenti

 Hizbullah son bir neçə ildə Yaxın Şərqdə stabilliyin bərpa edilməsinə imkan verməyib.

Axar.az xəbər verir ki, bunu ABŞ Senatının Milli Təhlükəsizlik Komitəsində çıxışı zamanı Milli Antiterror Mərkəzinin rəhbəri Nikolas Rasmussen söyləyib.

“Hizbullah son bir neçə ildə Əsədin yanında olmaq üçün Suriyaya minlərlə döyüşçü göndərib, İraq və Yəməndəki terror təşkilatlarına silah təqdim edib, Azərbaycan, Misir, Tailand, Kipr və Peruya teraktlar təşkil etmək niyyətilə öz döyüşçülərini yollayıb. Bununla da Hizbullah son bir neçə ildə Yaxın Şərqdə stabilliyin bərpasına imkan verməyib.

İran terrorizmin əsas sponsoru olaraq qalır. O, Yaxın Şərqdəki terror təşkilatlarına maliyyə yardımı edir, müasir silahlar verir, əməliyyat keçirmək taktikalarını öyrədir. İran eyni zamanda bütün dünyada öz döyüşçüləri şəbəkəsini yaradır”, – deyə o bildirib.




Ana səhifəyə qayıt        Baxış: 590          Tarix: 28-09-2017, 09:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma