Xəbər lenti

 

"Behzat Ç" kitablarının yazarı Emrah Serbes bu gün sosial media hesabından bir etiraf edib. O 22 sentyabrda bir ata və qızınən öldüyü yol qəzasını törətdiyini açıqlayaraq, prokurorluğa təslim olub.

Ovqat.com pressclub.az-a istinadən bildirir ki, Serbes elə çıxarıldığı məhkəmədəcə həbs edilib.

Belə ki, 22 sentyabrda Türkiyənin İzmir- Aydın yolunda, 4 NT 5005 nömrəli avtomobil 59 yaşlı Ayhan Özçelikin idarə etdiyi 35 TV 9335 nömrəli maşınla toqquşub. Qəza zamanı Özçelik ilə qızı, 16 yaşındakı Zeynep Özçelik hadisə yerindəcə dünyasını dəyişiblər. Özçelik ailəsinin xanımı isə ağır yaralanıb.

Qəzadan sonra avtomobili idarə etdiyini deyən Kenan Doğru həbs edilib. Amma bu gün tanınmış yazar Emrah Serbes, qəzanı özünün etdiyini etiraf edib.

Serbes bunları yazdı

"22.09. 2017 tarixində İzmir- Aydın yolunda baş verən qəzanın günahkarı mənəm. Bu qəzada eyni ailədən bir ata, və bir qız öldü, ana isə, ağır yaralıdır. Ölən gənc qız, bir uşaqdır, 16 yaşında. Heç bir şey, bir gənc qızın həyatından dəyərli deyil. Önümüzə çıxan bir avtomobilə çırpılmamaq üçün əlimdən gələn hər şeyi etdim, amma alınmadı, yavaşlaya bilmədiyimdən, sürəti azalda bilmədiyimdən maşını baryerlərə vurdum. Amma qəzanı durdura bilmədim, Açılan hava yasdıqları və avtomobilin güvənlik sistemina görə qəzadan biz yüngül xəsarətlərlə qurtardıq. Qəza zamanı yanımda oturan dostum Kenan Doğu ilə birlikdə maşından çıxdıq və, çırpıldığımız digər maşının yanına getdik.

"Hadisə zamanı qəzanı üzərimə ala bilmədim"

Maşındakıların nəbzlərini yoxladım, ana hələ həyatda idi. "112" -ə zəng etdim, amma təcili yardım hadisə yerinə çox gec gəldi. Qəza zamanı maşında olan gənc qızın yolun kənarında yatdığını görüb, özümü itirdim. Şok olmuşdum deyə, qəzanı özümün törətdiyimi deyə bilmədim.

"Dostum günahsız yerə həbsxanadadır"

Bu zaman qəzanı dostum Kenan Doğru üzərinə aldı. Hazırda günahı olmadan həbsxanada yatır. Kenanı "Beşiktaş" tribunalarından tanıyıram, illərcə bir-birimizi qoruduq. Bu hadisəyə görə heç kimə heç nə demədən sona qədər həbsxanada yata biləcək bir insandır.

"Prokurorluğa gəldim, təslim oluram"

Amma hadisədən günlər keçib, buna vicdanım yol vermir, bunu qaldıra bilməyəcəyimi anladım. Prokurorluğa gəldim və özüm təslim oluram. Ölənləri geri gətirə bilməyəcəyik, amma cəzam nədirsə çəkməyə hazıram. Qəzada ölənlərin yaxınlarından üzr istəyirəm. Kaş ki, qəzada mən öləydim. Həyatı boyunca haqqdan, hüquqdan, ədalətdən danışan biri olaraq deyim ki, bundan sonra doğan hər gün mənim üçün bir əzab olacaq. Cinayətin cəzasından qaça bilərsən, amma vicdanın əzabından qaça bilməzsən".




Ana səhifəyə qayıt        Baxış: 677          Tarix: 28-09-2017, 20:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma