Xəbər lenti

Rusiya kəşfiyyatı Moskvaya hücumun qarşısını aldıRusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Moskva ətrafında nəqliyyatda terror aktları törətməyə hazılaşan İŞİD üzvlərini saxlayıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda FTX-nin ictimaiyyətlə əlaqələr mərkəzindən bildirilib.

Əməliyyat sentyabrın 30-da keçirilib. Zərərsizləşdirilən terror qrupunun üzvləri Şimali Qafqaz regionunun sakinləri idilər. FTX-nin məlumatına görə, onların yaşadığı mənzillərdə böyük partlayış gücü olan əldəqayırma iki partlayıcı qurğu, PM-9 mm markalı iki tapança, iki ədəd RQD-5 qumbarası, rabitə vasitələri, həmçinin partlayıcı qurğuların istehsalı üçün lazım olan başqa predmetlər aşkarlanıb.




Ana səhifəyə qayıt        Baxış: 735          Tarix: 2-10-2017, 15:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma