Xəbər lenti

 

İran İraqın şimalındakı yerli muxtariyyətlə sərhəddə tank və silah-sursat yerləşdirib.

Ovqat.com virtualaz-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Qeyd edək ki, İran İraqın bu bölgəsindəki yerli hökumətin təşəbbüsü ilə keçirilən referendumu tanımadığını, qonşu dövlətin ərazi bütövlüyünü dəstəklədiyini bildirib. Tehran bölgə hökumətinə qarşı sanksiyalar tətbiq edəcəyini də vurğulayıb.

Yeri gəlmişkən, virtualaz.org xatırladır ki, dünən Tehranda İraq Silahlı Qüvvələrinin komandanlarının toplantısı keçirilib. Toplantıdan sonra İraq Silahlı Qüvvələrinin sözçüsü general Cezairi bildirib ki, İraq hökumətinin müraciəti müzakirə edilib və İraq hərbçilərinin İraq-İran sərhədində yerləşən 3 sərhəd keçid məntəqəsində yerləşdirilməsinin həyata keçirilməsi üçün lazımi qərarlar qəbul edilib. Eyni zamanda yaxın günlərdə İran-İraq sərhədində birgə hərbi təlimlərə başlanacağı da açıqlanıb.

Qeyd edək ki, İraqın İranla sərhəddə yerləşən Hacı Omeran-Temerçin, Başmak və Peravizhan sərhəd-keçid məntəqələri Şimali İraq Kürdüstan Muxtariyyətinin silahlı qüvvələri olan peşmərgənin nəzarətindədir. Sentyabrın 25-də müstəqilliklə bağlı referendumun keçirilməsindən sonra Şimali İraq Kürdüstan Muxtariyyəti ilə mərkəzi İraq hökuməti arasında münasibətlər gərginləşib. İraq hökuməti peşmərgənin Kərkük və Mosuldakı bölgələrdən, Türkiyə ilə sərhəddəki 1, İranla sərhəddəki 3 sərhəd-keçid məntəqəsindən geri çəkilməsini, Ərbil və Süleymaniyyə beynəlxalq hava limanlarının İraq hökumətinin nəzarətinə verilməsini tələb edib. Ancaq Şimali İraq Kürdüstan Muxtariyyətinin lideri Məsud Bərzani bu tələbləri yerinə yetirməyəcəklərini bəyan edib.




Ana səhifəyə qayıt        Baxış: 1 098          Tarix: 2-10-2017, 19:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma