Xəbər lenti

Rusiyanın Çelyabinsk şəhərində cinayət-axtarış şöbəsinin əməliyyatçıları həmyerlisini - kikboksinq üzrə dünya çempionu Ramil Canıyevi qətlə yetirməkdə şübhəli bilinən azərbaycanlı Eldəniz Bağırovu saxlayıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, Troitskdə yaşayan E.Bağırov oktyabrın 3-də saxlanılıb. O, hazırda müvəqqəti saxlanma təcridxanasına yerləşdirilib.

Xatırladaq ki, kikboksinq üzrə dünya çempionu olan Ramil Canıyev sentyabrın 8-də evinin qarşısında silahdan açılan atəşlə qətlə yetirilib.




Ana səhifəyə qayıt        Baxış: 937          Tarix: 4-10-2017, 13:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma