Xəbər lenti

 

Rusiya prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdül Əziz Al-Səudla bir araya gəlib.

Ovqat.com-un məlumatına görə, Kremldə baş tutan görüş əvvəlcə dar çərçivədə keçirilib. Danışıqlar zamanı enerji, iqtisadi və hərbi-texniki sahələrdə əməkdaşlığın genişləndirilməsi, həmçinin, Yaxın Şərq və Şimali Afrikadakı vəziyyət müzakirə olunub.

Rusiya-Səudiyyə Ərəbistanı danışıqlarının sonunda bir sıra sənədlər imzalanacaq.

Qeyd edək ki, Rusiyaya ilk dəfə rəsmi səfər edən kral Moskvada 3 gün qalacaq. Onu aralarında nazirlərin də olduğu min nəfərdən ibarət nümayəndə heyəti müşayət edir.\Metbuat.az\




Ana səhifəyə qayıt        Baxış: 843          Tarix: 5-10-2017, 20:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma