Xəbər lenti

 Rusiya və ABŞ Suriyada qarşıdurma vəziyyətindədirlər, müttəfiqləri isə artıq bir-birinə atəş açır.

Axar.az xəbər verir ki, bu barədə “Day Velt” (“Die Welt”) informasiya yayıb.

Suriyada Fərat çayı ABŞ və Rusiya tərəfindən demarkasiya xətti olaraq təyin edilib. Lakin Rusiya ordusunun xüsusi bölmələri ölkənin ən böyük çayının üzərində ponton körpü qurdular. İndi Suriya ordusunu ABŞ-ın dəstəklədiyi qüvvələrdən cəmi 5 kilometr ayırır ki, bu da razılaşmaya ziddir və Rusiya tərəfindən ABŞ-a müharibə elan etmək deməkdir.

“Kreml Əsəd rejiminin silahlı qüvvələrini Suriyadakı vətəndaş müharibəsində qələbə yoluna çəkdi. Ağ Ev Azad Suriya qüvvələrini dəstəkləyir. Rusiya tərəfindən razılaşmanın pozulması demək olar ki, müharibə elan etməyə bərabərdir. Suriya ordusu Rusiya Hərbi Hava Qüvvələrinin dəstəyi ilə digər tərəfdən, şərq sahili boyunca irəliləyir”, - yazıda deyilir.

Yazı müəllifi Moskvanın döyüş olmadan Deyr əz-Zor bölgəsini ABŞ-a təslim etmək niyyətində olmadığını bildirib.




Ana səhifəyə qayıt        Baxış: 799          Tarix: 7-10-2017, 07:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma