Xəbər lenti

 

İran prezidenti Həsən Ruhani bu gün Tehran Universitetinin tələbələrilə görüşüb.

H.Ruhani Donald Trampın "İranla nüvə anlaşmasını poza bilərik" fikirlərinə münasibət bildirib.

Ruhani bildirib ki, İran nüvə anlaşmasında ciddi mənfəətlər əldə edib: Nə Tramp, nə də başqası bizi bu anlaşmadan geri döndərə bilməz. Dünyaya 10 Tramp da gəlsə bunla geri alına bilməz".

Qeyd edək ki, p5+1 ölkələri (ABŞ, İngiltərə, Çin, Fransa, Rusiya və Almaniya) tərəfindən 2015-ci ildə imzalanan nüvə anlaşması Tramp seçkiqabağı kampaniya zamanı ən çox etiraz etdiyi məsələlərdən biri olub.

Tramp razılaşmanı "ABŞ tarixində əldə edilmiş ən pis anlaşma" adlandırıb.\\Teleqraf.com




Ana səhifəyə qayıt        Baxış: 1 400          Tarix: 7-10-2017, 23:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma