Xəbər lenti

“Mehmetcik”dən 4 MƏRHƏLƏLİ ƏMƏLİYYAT: Əsas hədəf ORADIR

Türkiyə “Fərat Qalxanı” hərəkatından sonra Suriyada ikinci əməliyyata başladı.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Türkiyə ordusu hazırda “Tahrir el-Şam” terror qruplaşması ilə birbaşa döyüşlərdə iştirak etmir.

Türkiyə ordusu “Fırtına” haubitsaları ilə Azad Suriya Ordusuna dəstək verir. Hərbi mənbələr ordunun istənilən an İdlibə girəcək şəkildə hazır olduğunu bildirirlər.

Məlumata görə, İdlib əməliyyatı dörd mərhələli olacaq. Əməliyyatın ilk mərhələsində İdlib terror qruplarından tamamilə təmizlənəcək və “Fərat Qalxanı” bölgəsinə dəhliz açılacaq.

Türkiyənin əsas hədəfinin PYD-nin (PKK terror təşkilatının Suriya qanadı –red.) yerləşdiyi Afrindir. İdlib əməliyyatı ilə Aftrin tamamilə mühasirəyə alınacaq. Daha sonra isə Türkiyə sərhədindəki YPG təhdidi tamamilə aradan qaldırılacaq.

Son məlumatlara görə, Türkiyə kəşfiyyat qruplarını İdlibə göndərib. Bu haqda öz mənbələrinə istinadən “Röyters” agentliyi məlumat yayıb.




Ana səhifəyə qayıt        Baxış: 795          Tarix: 9-10-2017, 15:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma