Xəbər lenti

Saakaşvili bu tarixdə öldürülə bilər - ŞOK İDDİA

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili oktyabrın 17-də öldürülə bilər.

Publika.az xəbər verir ki, Krım tatar televiziyası ATR-in baş direktor müavini Ayder Mujdabayev feysbuk səhifəsində yazıb.

“Saakaşvilini qətl gözləyir. Ola bilər ki, bu, oktyabrın 17-də baş versin. Onu Rusiya QRU-sunun (Rusiya Müdafiə Nazirliyi Baş qərargahına məxsus Baş Kəşfiyyat İdarəsi - red) agentləri izləyir və Moskvadan əmr olacağı halda öz işlərini görəcəklər. Əmri veriləcəyi hələ sual altındadır. Əgər əmr verilərsə, o zaman əlbəttə, məsuliyyətin Ukrayna hakimiyyətinin və dolayı yolla prezident Poroşenkonun üzərinə atılması cəhdi olacaq”, - o qeyd edib.

Jurnalist hesab edir ki, Ukrayna hakimiyyəti tam ölçüdə Saakaşvilinin təhlükəsizliyinin qayğısına qalmalıdır.

Qeyd edək ki, oktyabrın 17-də Kiyevdə Saakaşvilinin partiyasının genişmiqyaslı aksiyası nəzərdə tutulub.




Ana səhifəyə qayıt        Baxış: 529          Tarix: 12-10-2017, 17:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma