Xəbər lenti

 

Misir Prezidenti Əbdülfəttah əs-Sisinin Fərmanı ilə ölkədə fövqəladə vəziyyət rejimi daha 3 ay müddətinə uzadılıb.

Fərman oktyabrın 13-dən qüvvədə olacaq.

Misirin İsgəndəriyyə və Tanta şəhərlərinin xristian-qibti kilsələrində baş verən iki terror aktından sonra bu ilin aprelin 10-dan 3 aylıq müddətə ölkədə fövqəladə vəziyyət rejimi elan olunub. İyul ayında daha 3 ay uzadılan fövqəladə vəziyyət rejiminin müddəti 2017-ci ilin oktyabrın 10-da bitib.

Nəşrin məlumatına görə Fərmanda qeyd olunur ki, bu tədbir təhlükəsizliyin təmin edilməsi və terrorçuluğa qarşı mübarizə məqsədi daşıyır.

Xatırladaq ki, İsgəndəriyyə və Tanta şəhərlərindəki xristian-qibti kilsələrində baş verən partlayış nəticəsində 43 nəfər həlak olub, 100-dən artıq insan xəsarət alıb.\\Metbuat.az




Ana səhifəyə qayıt        Baxış: 471          Tarix: 12-10-2017, 20:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma