Xəbər lenti

 

İstanbulda Pendik rayonunda naməlum şəxs məktəbli uşaqlara hücum edib.

Ovqat.com Trend-ə istinadən bildirir ki,  naməlum şəxs uşaqlar məktəbdən çıxarkən onlara silahla atəş açıb. İnsident nəticəsində 3 uşaq yaralanıb.

Hadisə yerinə polis və tibbi briqada cəlb olunub.

Məlumata görə, hadisədən sonra hadisəni törədən şəxs intihar etmək istəyib.

Hadisənin təfərrüatları və yaralı şagirdlərin vəziyyəti barədə detallar verilməyib.




Ana səhifəyə qayıt        Baxış: 895          Tarix: 13-10-2017, 18:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma