Xəbər lenti

 

“Apple” korporasiyası “LG” şirkəti ilə birgə bükülən “iPhone” smartfonlarının hazırlanması üzrə işə başlayıblar.

“Ovqat.com” ICTnews-a istinadən xəbər verir ki, “LG” şirkətində gələcək “iPhone” smartfonunun yaradılması üçün elastik OLED displeyin hazırlanması ilə məşğul olacaq mühəndislərdən ibarət ayrıca qrup yaradılıb.

Eyni zamanda “LG Innotek” şirkətində elastik çap lövhəsinin hazırlanmasına məsul olan komanda yaradılıb.

Bu, “Apple” şirkətinin bükülən telefon çıxarmaq planı ilə bağlı yayılmış ilk şayiə deyil. Məsələn, 2016-cı ilin dekabrında “LG” şirkəti 2018-ci ildə bükülən ekranların istehsalına başlamaq planı haqda məlumat vermişdilər, həm də “Apple” şirkətin tərəfdaşlarından biridir. Anonim mənbə bildirib ki, 2020-ci ildə “iPhone” üçün bükülən ekranların istehsalına başlanıla bilər.




Ana səhifəyə qayıt        Baxış: 780          Tarix: 13-10-2017, 21:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma