Xəbər lenti

ABŞ-ın silahlı qüvvələri Yəməndə İŞİD terror qruplaşması əleyhinə əməliyyat keçirib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Penqaton məlumat yayıb.

Məlumatda qeyd olunur ki, ABŞ-ın silahlı qüvvələri Əl-Beyd vilayətində İŞİD terrorçuları hazırlayan iki düşərgəyə zərbə endirib. Zərbə nəticəsində onlarla terrorçu məhv edilib.

Əməliyyatın təfərrüatları açıqlanmır. Pentaqonda bildiriblər ki, terroçuların silahları "AK-74" avtomatları, pulemyot və qumbaraatanlardan ibarət olub.  




Ana səhifəyə qayıt        Baxış: 690          Tarix: 17-10-2017, 11:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma