Xəbər lenti

"Rusiyanı cəzalandırmaq arzusundayıq"

"Böyük Britaniya Rusiya ilə normal münasibətləri bərpa edə bilmir. Çünki, Rusiya özünü elə aparır ki, sanki iki ölkə arasında soyuq müharibə gedir. Bizim məqsədimiz Rusiya ilə normal münasibətləri qoruyub saxlamaqdır. Lakin, əmin olun ki, dağıdıcı və düşmənsayağı münasibətə görə Rusiya cəzalandırılacaq".

Publika.az xəbər veri ki, bu sözləri parlamentdə çıxışı zamanı Britaniyanın Xarici İşlər Nazirliyinin başçısı Boris Conson deyib.

Nazir onu da əlavə edib ki, kiberhücumlarda Moskvanın iştirakını sübut edəcək dəlil olmasa da, Suriya və Ukrayna mövzusundakı fikir ayrılıqları səbəbindən iki ölkə arasındakı münasibətlər korlanıb.

Daha əvvəl də Rusiyanın paytaxtına iki dəfə səfər etmiş B.Conson, cari ilin sonunda iki ölkə arasındakı münasibətləri müzakirə etmək məqsədilə Moskvaya səfər edəcəyini də açıqlayıb.




Ana səhifəyə qayıt        Baxış: 759          Tarix: 18-10-2017, 17:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma