Xəbər lenti

Kərkük döyüşünün daha bir SİRRİ: Kürdlər hücumdan əvvəl...Kərkükün işğaldan azad olunması əməliyyatının arxasındakı daha bir sirr ortaya çıxıb.

Publika.az
 xəbər verir ki, İngiltərənin “The İndipendent” nəşri Məsud Bərzaninin Kürdüstan Demokratik Partiyası (KDP) ilə Tələbaninin Kürdüstan Yurdsevərlər Birliyi (KYB) arasında Kərkük əməliyyatından öncə geri çəkilmək haqda razılığın olduğunu yazıb.

“Kürdlər uzun müddətdir mübahisəli ərazilərdən çəkilməsi ilə 40 faiz ərazi itirdi. Bazar günü kürdlərin iki əsas partiyası olan KDP və KYB toplantı keçirərək, geri çəkilməkdən başqa yollarının qalmadığı haqda qərar qəbul etdilər”, - deyə nəşr qeyd edib.

Qeyd edək ki, İraq ordusunun Kərkük əməliyyatı zamanı peşmərgə gücləri iki hissəyə bölündü və Tələbaninin tərəfdarları geri çəkildi. İddialara görə, Tələbani tərəfdarları İrana qarşı Haşdi Şabi gücləri ilə gizli anlaşma imzaladıqları üçün bu addımı atıb.




Ana səhifəyə qayıt        Baxış: 915          Tarix: 18-10-2017, 17:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma