Xəbər lenti

Somalinin paytaxtı Moqadişoda yük maşınının partladılması nəticəsində ölənlərin sayı 350 nəfəri ötüb.

“Report” xəbər verir ki, bunu Somalinin informasiya naziri Əbdürrəhman Osman deyib.

"Zərərçəkənlər barədə son məlumatlar: 642 nəfərdən 358-i ölüb, 228-i yaralanıb, 56-sı isə itkin düşüb", — deyə o "Twitter"də yazıb.

Nazir qeyd edib ki, yaralılardan 122 nəfəri təyyarələr vasitəsi ilə Türkiyə, Sudan və Keniyaya göndərilib.

Bundan əvvəl 300 nəfərin öldüyü bildirilirdi.

Oktyabrın 14-də Moqadişoda Xodan rayonu ərazisində yerləşən mehmanxana qarşısında minalanmış yük maşını partladılıb.




Ana səhifəyə qayıt        Baxış: 758          Tarix: 21-10-2017, 12:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma