Xəbər lenti

İsrail ordusu bu gün Suriyanın Kuneytra bölgəsində yerləşən Əsədə bağlı 3 hərbi bazanı toplarla vurub.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Avicay Adre açıqlama verib.

O bildirib ki, 3 hərbi bazanın vurulmasına səbəb Suriya tərəfindən İsrailın işgalı altında olan Colan təpələrinə atılan raket olub: "Colan təpələrindəki hərbi mövqeyimizə atılan raketə qarşılıq olaraq, Suriya ordusuna aid 3 hərbi nöqtəni bombaladıq. Bundan sonra da İsrailə açılacaq hər hansı atəşə Suriyadakı mövcud rejim cavabdeh olacaq. Əgər bu hal təkrarlanarsa, daha ağır zərbələr endirəcəyik. Heç bir ölkəyə İsraiin suverenliyini təhdid etməyə imkan verməyəcəyik".




Ana səhifəyə qayıt        Baxış: 855          Tarix: 21-10-2017, 17:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma