Xəbər lenti

 

ABŞ-ın 5 keçmiş prezidenti - Cimmi Karter, Corc Buş, oğlu Corc Uoker Buş, Bill Klinton və Barak Obama “İrma” və “Mariya” qasırğalarından zərər görmüş insanlara yardım məqsədilə keçirilən xeyriyyə konsertində bir araya gəliblər.

Ovqat.com xəbər verir ki, Texasda universitetdə keçirilən konsertdə 5 eks-prezident 2013-cü ildən bu yana ilk dəfə birlikdə olublar.

Xeyriyyə konsertində “Qremmi” mükafatçısı, amerikalı müğənni Ledi Qaqa, “Alabama” qrupu, Sem Muur, Yolanda Adams, Layl Lovett və Robert İrrel Kin oxuyublar.

Corc Uoker Buşun sözçüsü Cim MakQras keçmiş prezidentlərin dəstəyilə 7 sentyabrdan bu yana keçirilən xeyriyyə kampaniyasında 31 milyon dollar toplanıldığını açıqlayıb.

Konsert zamanı təbrik videosu ilə ABŞ prezidenti Donald Tramp sələflərini “ABŞ-ın ən yaxşı dövlət kollektivi” adlandırıb: “Bu ecazkar səy bizə Allahın əmrində həqiqətən tək millət olduğumuzu, dəyərlərimizlə birlikdə və bir-birimizə bağlı olduğumuzu xatırladır”.

B.Obama, C.Buş, C.Karter və B.Klinton isə qısa çıxışlarında D.Trampın adını çəkməyiblər.\\Qafqazinfo.az

Mövzuya dair fotolar:

 




Ana səhifəyə qayıt        Baxış: 522          Tarix: 22-10-2017, 21:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma