Xəbər lenti

"Ukraynada növbədənkənar seçkilər olmayacaq".

Bu barədə Ukrayna Prezidenti Petro Poroşenko Regional İnkişaf Şurasının iclasının açılışında bildirib.

"Pezident və Ali Radaya seçkiləri üçün planlaşdırılan seçkilər tsiklinə bir ildən az vaxt qalıb. Dediyim kimi, Ukraynada növbədənkənar seçkilər olmayacaq", – P.Poroşenko vurğulayıb.

Qeyd edək ki, Ukraynada prezident və parlament seçkiləri planlaşdırılıdığı kimi, 2019-cu ilin yazında və payızında keçiriləcək.

Daha əvvəl bir neçə min nəfər Ali Rada yaxınlığında etiraz aksiyası keçirib. Onlar deputat toxunulmazlığının ləğv edilməsini, seçki qanunvericiliyinin dəyişdirilməsini və Antikorrupsiyaya Məhkəməsinin yaradılmasını tələb edirlər/Report.




Ana səhifəyə qayıt        Baxış: 764          Tarix: 24-10-2017, 17:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma