Xəbər lenti

Rusiyanın Ermənistandakı bazasında hərbçilərin ilk partiyası Cənub Hərbi Dairəsinin (CHD) hərbçiləri ilə əvəz edilib. 

Bu barədə "Report" CHD-ya istinadən xəbər verir.

"Dekabrın əvvəlinə qədər təqribən 1,5 min əsgər və çavuşların əvəz edilməsi planlaşdırılır. Hərbçilər Ermənistanın Gümri şəhərindən Moskva, Sankt-Peterburq, Rostov, Krasnodar, Mineral Sular, Samara, Yekaterinburq, Novosibirsk və Xabarovsk şəhərlərinin iri beynəlxalq hava limanlarının əsas marşrutları üzrə uçan mülki aviasiya təyyarələri ilə yola salınacaq", - məlumatda deyilir.

Qeyd olunur ki, Ermənistanın hərbi bazasına mübadilə üzrə gələn hərbçilərin 50%-dən çoxu hazırlıqlı mütəxəssislərdir. 




Ana səhifəyə qayıt        Baxış: 633          Tarix: 25-10-2017, 15:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma